RU

2025-ci ildə Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi 20% artıb

2025-ci ildə ölkədə debet kartları ilə aparılan əməliyyatların ümumi həcmi 141 milyard 330 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub. 

Bu göstərici əvvəlki illə müqayisədə 23 milyard 918 milyon manat və ya 20,4% artım deməkdir ki, bu da nağdsız ödənişlərin iqtisadiyyatda payının artmaqda davam etdiyini göstərir.

AMB-nin hesabatına əsasən, debet kartları ilə aparılan əməliyyatların əsas hissəsi elektron ticarətin payına düşüb. Belə ki, il ərzində 80,9 milyard manatlıq əməliyyat onlayn alış-veriş və elektron ödənişlər vasitəsilə həyata keçirilib.

Bankomatlar vasitəsilə aparılan əməliyyatların həcmi 44 milyard manat, POS-terminallar üzərindən edilən ödənişlər 12,6 milyard manat təşkil edib. Ölkə xaricində aparılan debet kartı əməliyyatlarının həcmi isə 3,8 milyard manat olub.

Mərkəzi Bank bildirir ki, debet kartlarından istifadənin artması həm rəqəmsal ödəniş infrastrukturunun genişlənməsi, həm də əhalinin nağdsız ödənişlərə üstünlük verməsi ilə bağlıdır.

Rəsmi statistikaya görə, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda dövriyyədə olan debet kartlarının sayı 19 milyon 904 min ədədə çatıb ki, bu da kart bazarının genişləndiyini və maliyyə inklüzivliyinin artdığını göstərir.

Gülnar 

Избранный
15
anews.az

1Источники