2025-ci ilin dekabr ayına kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 41 milyard 726 milyon manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 455 milyon manat artıb.
Ötən ilin sonuna cəmi depozit və əmanətlərin 16 milyard 772 milyon manatı ev təsərrüfatlarına, 3 milyard 921 milyon manatı maliyyə təşkilatlarına, 21 milyard 33 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.