RU

ABŞ və İran tərəflərinin İstanbulda bir araya gəlməsi gözlənilir

Vaşinqton-Tehran xəttində artan gərginlik davam edərkən, tərəflərin fevralın 6-da İstanbulda görüşməsi gözlənilir.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin də görüş heyətlərində yer alacağı proqnozlaşdırılır. Danışıqların başlanması ilə bağlı göstərişi isə İran Prezidenti Pezeşkianın verdiyi bildirilir.

Amerika mətbuatına danışan dövlət rəsmiləri isə bildiriblər ki, ABŞ Prezidentinin İrana qarşı mümkün hərbi hücumu dəyərləndirdiyi bir dövrdə, ABŞ və İran heyətlərinin cümə günü İstanbulda diplomatik danışıqlar apara biləcəyi ehtimalı istisna deyil. Mənbələr, həmçinin bölgədəki digər ölkələrin də bu danışıqlara qatılmasının gözlənildiyini qeyd ediblər.

Избранный
2
3
yeniazerbaycan.com

4Источники