RU

Almanlar və ruslar Bakıda gizli görüşüb? Rəsmi cavab

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

“Almaniya hökumətinin tapşırığı ilə Əbu-Dabi, o cümlədən Bakıda alman siyasətçiləri və Kreml nümayəndələri arasında gizli görüşlər keçirilməsi barədə məlumatlar həqiqətə uyğun deyil”.

Turkustan.az xəbər verir ki, bu barədə sağçı Almaniya üçün Alternativ (AfD) partiyası parlament üzvlərinin sorğusuna cavab olaraq bildirib.

Almaniya Nazirlər Kabineti isə vurğulayıb ki, Əbu-Dabi və ya Bakıda Rusiya nümayəndələri ilə görüşlər həqiqətən baş tutubsa, buna federal hökumət tərəfindən təşəbbüs göstərilməyib və ya planlaşdırılmayıb.

Hökumət ümumiyyətlə, Rusiya nümayəndələri ilə əlaqələri rədd edub. Onların ölkənin xarici siyasət və təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib.

Berlin həmçinin Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Mixail Şvıdkoyun ölkəyə mümkün səfəri ilə bağlı məlumatları da təkzib edib.

Qeyd edək ki, sözügedən görüşün Almaniyanın xarici işlər naziri Yohann Vadeful tərəfindən təsdiqləndiyi iddia edilir./Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники