RU

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur

Tbilisi, 3 fevral, AZƏRTAC

Şərqi Asiyanı Orta Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropaya birləşdirən Orta Dəhliz bu gün dünyadakı mövcud geosiyasi parçalanmanı aradan qaldıran sabit, etibarlı tranzit marşrutudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dünya Hökumət Sammitindəki çıxışında bildirib.

Hökumət başçısının sözlərinə görə, ənənəvi marşrutların etibarlı olmadığı bir dünyada alternativ dəhlizlər zəruri hala gəlir .

“Bu gün qarşımızda duran sual transformasiya ilə bağlı deyil, çünki bu, açıq-aydın baş verir. Amma əsl sual buna necə reaksiya verməyimiz, geosiyasi şoklara tab gətirə biləcək qədər davamlı və eyni zamanda, rifahı təmin edəcək qədər açıq bir ticarət sistemini necə yaratmağımızdır”, - deyə, Kobaxidze vurğulayıb.

O deyib ki, ənənəvi marşrutların etibarsız olduğu bir dünyada alternativ dəhlizlər vacibdir. Parçalanmış qlobal iqtisadiyyatda bölünməni aradan qaldıra bilən ölkələr əvəzsiz rola malikdir və qeyri-müəyyənlik dövründə sabitliyin özü strateji bir sərvətdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
11
1
azertag.az

2Источники