RU

Transxəzər marşrutu üzrə ilk Çin-Avropa qatarı Bakıya doğru yola çıxıb

Yazını böyüt
Yazını kiçilt

Jiangxi əyalətində ilk Çin-Avropa transxəzər qatarı Nançanq beynəlxalq quru limanından yola düşüb. Mərmər məmulatları, pambıq parçalar, divar kağızları və digər mallarla yüklənmiş qatar Xorqos sərhəd keçid məntəqəsindən Qazaxıstan ərazisinə, daha sonra Xəzər dənizini keçəcək və Azərbaycana - Bakıya çatacaq.

Hafta.az yazır ki, bu yeni marşrut səyahət müddətini 50 gündən 18 günə endirməklə yanaşı, uzun dəniz daşımalarına xas olan yükün zədələnmə riskini də azaldır, çoxsaylı aşırma ilə bağlı xərcləri minimuma endirir. Bu, şirkətlər üçün logistika xərclərini orta hesabla 15-20 faiz azaldır. Dəmir yolu idarəsinin məlumatına görə, Çin-Avropa qatarları Jiangxi əyalətindən 13 müxtəlif marşrut üzrə yola düşür. Bu marşrutlar 500-dən çox xarici ticarət müəssisəsinə xidmət göstərir və dünyanın 134 ölkəsini və bölgəsini əhatə edir.

Избранный
11
hafta.az

1Источники