RU

Taylandda milli parkda filin hücumuna məruz qalan turist ölüb

Taylandda milli parkda filin hücumuna məruz qalan turist ölüb

Taylanddakı "Khao Yai" Milli Parkında düşərgə salan bir nəfər filin hücumuna məruz qalaraq ölüb.

"Bangkok Post" qəzetinin verdiyi məlumata görə, parkdakı düşərgə zonasında saat 05:30 radələrində gəzintiyə çıxan 69 yaşlı turist çadırının yaxınlığında bir fillə qarşılaşıb.

Şahidlərin ifadələrinə əsasən, meşə sərhədindən kənarda gəzən fil kişini xortumu ilə tutaraq yerə çırpıb və üzərinə çıxaraq onu əzib. Digər turistlər təhlükəsizlik qorxusu ilə hadisəyə müdaxilə edə bilməyiblər. Turist öz çadırından təxminən 20 metr aralıda, hadisə yerindəcə keçinib.

Hadisə barədə məlumat aldıqdan sonra əraziyə cəlb olunan Milli Park rəsmiləri və polis qrupları fili ərazidən uzaqlaşdırıblar. Tibb işçilərinin apardığı müayinə zamanı turistin ətraflarında (qol və qıçlarında) çoxsaylı sınıqların olduğu və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər aldığı müəyyən edilib.

Həyatını itirən turistin kimliyinin Jirataçay Jirapatbunyatorn olduğu açıqlanıb.

Избранный
10
afn.az

1Источники