RU

Azərbaycan Qazaxıstan taxılını nə ilə əvəzləyib?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazaxıstan 2025-2026 (sentyabr-dekabr) marketinq ilinin əvvəlindən 4,1 milyon tondan çox buğda ixrac edib ki, bu da əvvəlki mövsümün eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur. 

Bu barədə Qazaxıstanın Taxıl İttifaqının analitika komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib. Onun sözlərinə görə, dekabr ayı ölkənin taxıl ixracı tarixində rekord ay olub. Dekabrda xaricə 1 milyon 778 min ton buğda tədarük edilib ki, bu da noyabr ayının göstəricisindən 2,1 dəfə çoxdur. 

Bununla yanaşı, ümumi ixracın artmasına baxmayaraq, Qazaxıstan buğdasının Azərbaycana tədarükü 34 % azalaraq 126,9 min ton təşkil edib. Bundan əlavə, Türkmənistan, Tacikistan, Baltik və Avropa ölkələri istiqamətlərində də azalma qeydə alınıb. 

Eyni zamanda, Mərkəzi Asiya dövlətlərinə ixrac əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, Özbəkistana tədarüklər 76 % artıb. Dekabr ayında tədrük 1 milyon 372 min tona çataraq rekord qırıb. Qırğızıstan və Əfqanıstana da artım qeydə alınıb. 

Qazaxıstanın Azərbaycana buğda ixracının azalması bu istiqamətdə problemə yol açacaqmı və yerli istehsal ölkəni təmin edə biləcəkmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan taxılı hazırda əsasən başqa ölkələrdən alır: 

“Çünki Qazaxıstan taxılının alış qiyməti yüksəkdir. Taxıl aldığımız ölkələrə Rusiya və Ukrayna daxildir. Türkiyə üzərindən Ukrayna taxılı almaq mümkündür. Daha çox Rusiya taxılı alırıq. Yerli istehsal istənilən səviyyədə artmayıb. Onu da qeyd edim ki, yerli istehsal olan buğdanın keyfiyyəti heç də ürəkaçan deyil”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

taxıl Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
cebheinfo.az

2Источники