RU

Liv Bona Dea Hospital vakansiya elan edib: Kiçik tibb işçisi axtarılır

Liv Bona Dea Hospital vakansiya elan edib - Kiçik tibb işçisi axtarılır

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları sizə təqdim edir:

Elanın tarixi: 02.02.2026Son müraciət tarixi: 16.02.2026Şəhər: BakıMəşğulluq növü: Tam ştatMaaş: Müsahibə əsasında (bilik və bacarığa uyğun)

Vəzifə öhdəlikləriXəstələrin daşınması və müşayiət olunması.Gündəlik qulluq və baxım prosedurlarının icrası.Pasiyentlərin şəxsi gigiyenasına nəzarət və dəstək göstərilməsi.Həkim və orta tibb işçilərinə operativ köməkliyin təmin edilməsi.Tibbi avadanlıqların hazırlanması, dezinfeksiyası və səliqədə saxlanılması.Gigiyena və steril qaydalara tam riayət olunması.

TələblərTibbi sahə üzrə təhsil və ya müvafiq kurs (üstünlükdür).Məsuliyyətli, səliqəli, diqqətli və punktual olmaq.Komanda ilə işləmə bacarığı və çevik qərarvermə.Verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirmək.Stresə davamlılıq və gərgin iş şəraitinə uyğunlaşma bacarığı.Fiziki sağlamlıq və intizam.Pasiyentlərlə nəzakətli, diqqətli və empatik davranış.

İş rejimiNövbəli iş qrafiki.Nahar şirkət tərəfindən təmin edilir.Rəsmi əmək müqaviləsi – Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən.

Müraciət qaydasıTələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Tibb İşçisi” qeyd etməklə Müraciət et bölməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

E-saglam.az

Избранный
23
e-saglam.az

1Источники