Bakı. Trend:
"Yelo Bank", qadın sahibkarlara dəstək və onların şəbəkələşməimkanlarını genişləndirmək missiyası çərçivəsində növbətinetvörkinq görüşünü keçirib. Azərbaycanda Qadın Sahibkarlığınınİnkişafı Assosiasiyası (AQSİA) ilə birgə təşkil olunan "Tea Talk"formatlı görüşün bu dəfəki qonaqları səhiyyə sektorunda fəaliyyətgöstərən uğurlu xanım sahibkarlar olub.
Tədbirin əsas məqsədi xanım sahibkarlar arasında peşəkarəlaqələri gücləndirmək və müxtəlif biznes sahələrindəki təcrübələribölüşməkdir. Görüşün xüsusi qonağı olan TƏBİB-in Korporativəməkdaşlıq şöbəsinin rəhbəri Nigar Rüstəmli öz karyera yolu,qarşılaşdığı çətinliklər və qazandığı maraqlı təcrübələr haqqındadanışıb. Səmimi söhbət mühitində keçən görüş iştirakçılar üçün həmmotivasiya, həm də yeni işgüzar perspektivlər baxımından faydalıolub.
Bu cür görüşlər xanım sahibkarların bir-birindən öyrənməsi vəortaq ideyalar ətrafında birləşməsi üçün yaradılan dəyərli birplatformadır. "Yelo Bank" qadın sahibkarların inkişafına və onlarıncəmiyyətdəki rolunun güclənməsinə yönəlmiş təşəbbüsləri hər zamandəstəkləməyə davam edəcək.
Bankdan tecili kreditistəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!