Üçüncüsü, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışına dair alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması əməkdaşlığın perspektivlərindən xəbər verir, münasibətlərimizin maddi təməllərini möhkəmləndirilir.
Dördüncüsü, Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair məsələlərin müzakirə edilməsi, nəzərdə tutulanların yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin əlaqələrinin və turizmin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Nəhayət, Əbu-Dabidə Azərbaycan Respublikası və BƏƏ Silahlı qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimi münasibətlərin müdafiə və təhlükəsizlik sahələrində də dərinləşdirildiyini göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31