RU

Dövlət rəsmiləri “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ilə tanış olublar

Bakı, 3 fevral, AZƏRTAC

Dövlət rəsmiləri və xarici qonaqlar SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlara laboratoriya barədə ətraflı məlumat verilib.

 

Избранный
3
azertag.az

1Источники