Bakı. Trend:
"Astara" modul tipli elektrik stansiyasında indiyədək ,2 milyardkilovatt-saat elektrik enerjisi istehsal olunub.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Stansiya 20 il əvvəl - 2006-cı il fevralın 3-də Astara rayonununƏrcivan kəndində istismara verilib.
Ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədədqaz porşen aqreqatından ibarətdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat)elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illəmüqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya0,6% artım deməkdir.
Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlərgöstərilib.
Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantılarıntəmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi654,8 milyon manat təşkil edib.