RU

Rusiya 2025-ci ilin iyun ayından bəri 12 mindən çox hərbçinin cəsədini Ukraynaya təhvil verib

Rusiya 2025-ci ilin iyun ayından bəri həlak olan Ukrayna hərbçilərinin 12 mindən çox qalıqlarını Kiyevə təhvil verib. Əvəzində isə 200-dən çox Rusiya hərbçisinin cəsədi Moskvaya qaytarılıb.

Herbiand.az bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun 2025-ci ildə Rusiyanın diplomatik səylərini yekunlaşdıran mətbuat konfransı zamanı medianın suallarına cavab olaraq məlumat verilib.

Nazirlik repatriasiya prosesinin ötən yay başladığını və davam etdiyini qeyd edib.

Mübadilənin növbəti mərhələsi yanvar ayının sonunda baş tutub. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, İstanbulda əldə edilən razılaşmaların bir hissəsi olaraq Ukrayna həlak olan 1000 hərbçisinin cəsədini qəbul edib, 38 hərbçinin qalıqları isə Rusiyaya təhvil verilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
13
herbiand.az

1Источники