RU

Səidə Bəkirqızı efirə zəng etdi: Rəqsanədən qəribə jest

Aparıcı Səidə Bəkirqızı müğənni Rəqsanə İsmayılovanın qonaq olduğu verilişə zəng edib.

Globalinfo.az xəbər verir ki, S.Bəkirqızı Space TV-də yayımlanan "Tarixin bir günü" verilişində Rəqsanə ilə qalmaqalı haqda danışıb.

"Anam, qayınanam və qızım mənə hər gün deyir ki, az danış. Amma bir mövzu haqqında danışmaq istəyirəmsə, danışıram. Düz də deyə bilərəm, səhv də. Sonradan baxıb deyirəm ki, bu mənim nəyimə lazım idi? Bir səhifədə yazılıb ki, guya mən demişəm Rəqsanəni bağışlasam, şərəfsiz qızıyam. Bu, yalandır. Məni sevməyə bilərsiniz, amma qələminizə hörmət edin", - o qeyd edib.

Verilişin qonağı olan Rəqsanə İsmayılova isə Səidə Bəkirqızının zəngindən sonra özünü qınadığını deyib:

"Düşündüm ki, niyə illər əvvəl mənim üzərimdə əziyyəti olduğunu xatırlamadım, niyə xətrinə dəydim? Öz aramızdır, bacı, sən də mənim xətrimə dəymişdin, amma artıq keçib. Amma çatlayın, heç nə olmadı. İstədiyiniz olmadı. Səidə, sənə bir qazan dovğa bişirib gətirəcəyəm. Çəkişməsən, bərkiməzsən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
2
olaylar.az

3Источники