RU

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər

Bakı, 3 fevral, AZƏRTAC

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu bu ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıla bilər.

AZƏRTAC “Record” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb.

Ulduz futbolçu Səudiyyə Ərəbistanının digər klubları ilə müqayisədə “Əl-Nəsr”ə daha az dövlət investisiyasının ayrılmasından narazıdır.

Bu səbəbdən forvard ölkə çempionatının XX turunun “Əl-Riyad”la oyununda (1:0) iştirak etməyib. Onun komandasının matçlarını boykot etdiyi iddia olunur.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”lə müqaviləsindəki sərbəstqalma maddəsi 50 milyon avrodur.

Избранный
2
1
azertag.az

2Источники