RU

“Neftçi” və “Zirə”nin sabiq futbolçusu "Xankəndi"də

style='margin-bottom:10px;'>

“Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi son klubu “Bakı Sportinq” olan Əli Mürsəlovu transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Ə.Mürsəlov karyerası ərzində “Turan Tovuz”, “Neftçi”, “Zirə” və "Şamaxı"da da çıxış edib.

Xatırladaq ki, hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Rauf Məhərrəmov, Qurban Məhərrəmov və Elvin Nəsibovu sıralarına qatıb, Zaur Hacıyevi isə baş məşqçi təyin edib.

Избранный
15
3
teleqraf.com

4Источники