RU

Putinin Ukraynadan tələbləri: Kapitulyasiya, hakimiyyət dəyişikliyi, 4 bölgənin verilməsi, ordunun buraxılması

BAKI, 3 fevral. TELEQRAF

Rusiya rəsmilərinin açıqlamaları göstərir ki, Moskvanın Ukrayna ilə müharibənin dayandırılmasına dair tələbləri dəyişməyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın tələblərinin dəyişməz qaldığını təsdiqləyib və Ukraynaya təhlükəsizlik zəmanətlərini rədd edib.

Medvedev bildirib ki, bu tələbləri Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin iyununda açıqlayıb. O əlavə edib ki, Putin bu şərtləri 2025-ci ilin avqust ayında Alyaskada ABŞ Prezidenti Donald Trampa da təqdim edib.

Vladimir Putin 2024-cü ilin iyun çıxışında Ukraynanın Rusiyanın ilkin hərbi tələbləri qarşısında kapitulyasiyasını, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərini, o cümlədən işğal olunmamış bəzi əraziləri verməsini tələb etmişdi.

ISW xatırladır ki, Rusiyanın ilkin hərbi tələblərinə Ukraynanın neytrallığı, demilitarizasiya (ordunun buraxılması) və denasifikasiyası (hakimiyyət dəyişikliyi) daxildir.

Bundan əlavə, Medvedevin sözlərinə görə, Rusiya Ukraynada hakimiyyət dəyişikliyini son dərəcə vacib hesab edir. O, Prezident Volodimir Zelenski və komandasının legitimliyini növbəti dəfə şübhə altına alıb.

Dmitri Medvedev Ukraynanın ərazisində xarici qoşunların yerləşdirilməsi təklifini də rədd edib və bildirib ki, Rusiya baxımından NATO ölkələrinin qoşunları qanuni hədəf sayılacaq.

Избранный
11
teleqraf.com

1Источники