RU

Vüqar Bayramov: Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri strateji tərəfdaşlıqda yeni mərhələ açır

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Prezidentlərin qarşılıqlı səfərləri siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da güclənməsinə töhfə verir.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2025-ci ilin ilk 11 ayında Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 87 faiz artaraq 166,4 milyon dollara çatıb və Azərbaycanın ixracının 98 faizi qeyri-neft-qaz məhsulları təşkil edib. Prezident İlham Əliyevin səfəri iki ölkə arasında strateji münasibətlərin dərinləşməsində yeni mərhələ kimi qiymətləndirilir.

Избранный
12
qht.az

1Источники