RU

BMT rəsmisi: Şəhərlərin gələcəyini məhz gənclər quracaq

Xankəndi, 3 fevral, AZƏRTAC

Azərbaycan gənclərinin şəhərsalma və memarlıqla bağlı fikirləri çox maraqlıdır. Onların bu sahədə aktiv olması bizi çox sevindirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, şəhərlərin gələcəyini məhz gənclər quracaq: “Biz gənclərin təkliflərini dəstəkləyirik. Onların baxışı sayəsində şəhərlər daha rahat və müasir olacaq. Bu forum gənclər üçün böyük fürsətdir. Biz onlarla işləməkdən çox məmnunuq və uğurlar arzulayırıq”.

Избранный
20
1
azertag.az

2Источники