RU

Səbuhi Qəhrəmanov: Uğurlarımızın qorunub saxlanılmasında gənclərin rolu əvəzsizdir

Xankəndi, 3 fevral, AZƏRTAC

Xankəndi şəhərinin bu gün böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qürurverici və sevindirici haldır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda keçirilən sessiyada deyib.

O vurğulayıb ki, gənclər ölkənin gələcəyidir və dövlət siyasətində onlara xüsusi önəm verilir: “Qazanılan uğurların gələcəkdə də qorunub saxlanılması və inkişaf etdirilməsi üçün gənclərin enerjisinə və potensialına böyük ehtiyac var. Bütün sahələrdə, xüsusilə azad edilmiş ərazilərimizin yenidən qurulmasında gənclərimizin rolu həlledici olacaq. Bizim onlardan gözləntilərimiz və ümidlərimiz böyükdür”.

Избранный
6
azertag.az

1Источники