RU

Dərmanların əlavə təsirləri ilə bağlı məlumatları necə əldə etmək olar?

Bakı. Trend:

Dərmanların əlavə təsirlər haqqında məlumatları onlayn əldəetmək üçün vətəndaşlarımız iki üsuldan istifadə edə bilərlər.Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəsmi internetsəhifəsindən (www.pharma.az) daxil olaraq açılan səhifənin sağ aşağıhissəsində axtarış verərək məlumat ala bilərlər.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza MərkəzininFarmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov açıqlayıb.

Onun sözlərinə görə, bunun üçün həmin axtarış yerindən istəniləndərman vasitəsinin ticarət adı qeyd olunur və axtarışa verilir:

“Açılan yeni səhifədə dərman vasitəsi barədə qısa məlumat görməkmümkündür. Həmin səhifənin sonunda “İçlik vərəqi” qarşısındaqırmızı ilə “Yüklə” yazılan yerdən dərman vasitəsinin istifadətəlimatını (içlik vərəqəni) yükləyib həmin içlik vərəqədə “əlavətəsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.

F.Həsənov bildirib ki, eyni zamanda bu məlumatları “ElektronResept” tətbiqindən də daxil olaraq baxmaq olar:

“Bunun üçün tətbiqi yükləmək lazımdır. Tətbiqi yükləmək üçünSəhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az,www.e-health.gov.az) “Elektron Resept” sistemi üçünxüsusi keçidlər vasitəsi ilə, Səhiyyə Nazirliyi Analitik EkspertizaMərkəzinin www.pharma.az səhifəsindən, istər aptek şəbəkələrindəyapışdırılmış stikerlərdən QR kodu telefon vasitəsi ilə oxudaraqyükləmək və ya “App Store və Google Play”dən “Reseptim” sözünüaxtarışa verərək mobil tətbiqinə mobil cihazlardan rahatlıqla daxilolmaq mümkündür. Bu tətbiqdə vətəndaşlarımız “Dərmanlar”bölməsindən istənilən dərman vasitəsinin axtarışa verməklə sağkənarda yerləşən “İ” işarəsinə klik edərək içlik vərəqədə “əlavətəsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.

Şöbə müdiri qeyd edib ki, dərman vasitələrinin istifadəsi zamanıdaha çox müşahidə olunan əlavə təsirlərinə: baş ağrısı,ürəkbulanma, allergik reaksiyaları (dəridə qaşınma, səpgi, qızartıvə s.) misal çəkmək olar.

Избранный
3
3
az.trend.az

7Источники