RU

“İran nüvə ehtiyatlarını üçüncü ölkələrə ixrac etmək niyyətində deyil” - Xameneinin müşaviri

İranın Ali Rəhbərinin müşaviri Əli Şəmxani zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasına dair xəbərləri rədd edib.

Missiya.Az xəbər verir ki, o bu barədə “Əl-Məyadin” telekanalına müsahibəsində məlumat verib.

O bildirib ki, nüvə materiallarının İrandan kənara daşınmasına ehtiyac yoxdur və zənginləşdirmə səviyyəsi 60 faizdən 20 faizə endirilə bilər, amma bunun xərclərini ABŞ ödəməlidir.

Vaşinqtonla danışıqlara toxunan Şəmxani qeyd edib ki, İran ABŞ-dən danışıqlar təklifləri almaqda davam edir.

Onun sözlərinə görə, Tehran yalnız nüvə məsələsi üzrə Amerika ilə danışıqlara hazırdır.

Şəmxani İran və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə mümkün görüşləri də istisna etməyib.

Siyasətçi əlavə edib ki, danışıqlar yalnız təhdidlərdən uzaq bir mühitdə aparılarsa, birbaşa və dolayı təmaslar mümkün ola bilər.

O həmçinin əlavə edib ki, hazırda İran “B planı” mərhələsindədir və bu plan ölkənin təhlükəsizlik mərkəzlərini zəiflətməyə yönəlmiş xarici dəstəkli fəaliyyətləri əhatə edir.

Daşqın HəsənovMissiya.Az

Избранный
7
2
missiya.az

2Источники