Bakı. Trend:
Təbii qaz ixracı və qeyri-neft sektorunun inkişafı 2026-cı ildəAzərbaycanın iqtisadi artımının dəstəklənməsində əsas amillərolacaq.
Trend bu barədə“Allianz Trade”ə (ticarət kreditlərinin sığortalanması sahəsindəqlobal lider) istinadən xəbər verir.
“Allianz Trade”in yenilənmiş hesabatına əsasən, 2025-ci ildəAzərbaycanda iqtisadi artım templəri zəifləyib: ÜDM artımı 2024-cüildəki 4,1 faizdən 2025-ci ildə təxminən 1,6 faizə enib:
"Eyni zamanda, 2026-cı ildə təbii qaz ixracının artması vəqeyri-neft sahələrinin genişlənməsi fonunda iqtisadi artımın 2,6faizə qədər bərpa olunacağı gözlənilir".
“Allianz Trade” analitikləri bildirirlər ki, 2025-ci ildə ərzaqvə xidmətlərin qiymətlərinin artmasının təsiri ilə inflyasiya 5,6faizə yüksəlsə də, Mərkəzi Bankın hədəf dəhlizi çərçivəsindəqalmaqdadır.
“Manatın məzənnəsi əhəmiyyətli valyuta ehtiyatları hesabınasabitliyini qoruyur. Bununla belə, qlobal enerji qiymətlərininvolatilliyi, ticarətdə pozuntular və regionda geosiyasi gərginlikkimi xarici risklər qalmaqdadır və bunlar iqtisadi bərpanıməhdudlaşdıra bilər. İnvestisiya fəallığı, xüsusilə dəkarbohidrogen sektorunda, orta səviyyədə qalır. 2026–2027-ci illərüzrə perspektivlər əsasən iqtisadiyyatın şaxələndirmə templərindən,qeyri-neft sahələrinin dayanıqlığından və qlobal xammalbazarlarının sabitliyindən asılı olacaq”, – deyə hesabatda qeydolunur.
Hesabatda həmçinin vurğulanır ki, büdcə profisitinin və cariəməliyyatlar balansının azalmasına baxmayaraq, dövlət və xaricimaliyyənin ümumi vəziyyəti komfortlu olaraq qalır və hər ikigöstərici müsbət səviyyədədir.
“Allianz Trade”in qiymətləndirmələrinə görə, 2026-cı ildə büdcəprofisiti neft gəlirlərinin zəifləməsi və sosial xərclərin artmasıfonunda təxminən ÜDM-in 2 faizinədək azala bilər.
“Bank sektoru sabit olaraq qalır: kreditləşmənin artımı biznesfəallığını dəstəkləyir, baxmayaraq ki, maliyyələşmə dəyərininyüksəlməsi bankların rentabelliyinə təzyiq göstərir. Müflisləşməilə bağlı məlumatlar məhduddur, ödəmə qabiliyyətsizliyində ciddiartım qeydə alınmayıb. Lakin zəif investisiya fəallığı və qlobalmaliyyə şərtlərinin sərtləşməsi korporativ defolt risklərini,xüsusilə də kiçik şirkətlər arasında, artıra bilər. Bundan əlavə,neftin bir bareli üzrə qiymətin təxminən 60 dollar səviyyəsindəqalması enerji sektorunda təchizatçılara ödənişlərin gecikməsinəsəbəb ola bilər. Xarici borc aşağı səviyyədə qalır (ÜDM-in 10faizindən az), suveren risklər isə məhduddur, lakin büdcə vəixracın karbohidrogenlərdən asılılığı hələ də struktur baxımındanhəssas olaraq qalmaqdadır”, – hesabatda qeyd edilir.
Bundan başqa, “Allianz Trade” Azərbaycanda biznes mühitinintədricən yaxşılaşdığını vurğulayır ki, buna dövlət müəssisələrindəkorporativ idarəetmə sahəsində islahatlar, benefisiar mülkiyyətinşəffaflığının artırılması və rəqəmsallaşma töhfə verir.
Bərpa olunan enerji və infrastruktur sahəsində də irəliləyişqeydə alınır: “Külək və günəş enerjisi üzrə bir sıra layihələristismara verilmə mərhələsinə daxil olur, elektrik enerjisininötürülməsi şəbəkələrinin müasirləşdirilməsi aparılır. Eyni zamanda,ekoloji dayanıqlıq problemli sahə olaraq qalır — su ehtiyatlarınınidarə olunması və tullantıların emalı üzrə göstəricilər aşağıdır.Uzunmüddətli rəqabətədavamlılığın təmin edilməsi üçün ölkə ‘yaşıl’enerjinin, regional əlaqəliliyin və insan kapitalının inkişafınadiqqəti qoruyub saxlamalıdır”.