RU

İran nüvə proqramını dayandırmağa hazırdır

İran nüvə proqramını dayandırmağa hazırdır

İran bölgədə gərginliyi azaltmaq və ABŞ-la razılığa gəlmək məqsədilə öz nüvə proqramını dayandırmağa və ya tamamilə dondurmağa hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" qəzeti rəsmi mənbələrə istinadən yayımlayıb.

Bildirilir ki, Tehran bu addımı böyük bir güzəşt kimi təqdim etsə də, əsas hədəf kimi ABŞ-ın da iştirak edəcəyi regional nüvə enerjisi konsorsiumunun yaradılmasını təklif edir. Artıq İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun fevralın 6-da İstanbulda keçiriləcək danışıqlar ərəfəsində şəxsi yazışmalar vasitəsilə təmasda olduqları bildirilir.

Türkiyədə keçiriləcək görüşdə maraqlı tərəflər qismində Türkiyə, Qətər və Misirin yüksək rütbəli rəsmiləri ilə yanaşı, ABŞ prezidentinin kürəkəni, iş adamı Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 26-da Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin "nəhəng armada"sının İrana doğru hərəkət etdiyini açıqlamış və Tehranı nüvə silahından imtinanı nəzərdə tutan "ədalətli sövdələşmə"yə çağırmışdı. Tramp son çıxışında İran tərəfinin artıq amerikalı həmkarları ilə "ciddi danışıqlar" apardığını da təsdiqləyib.

Избранный
2
afn.az

1Источники