RU

Qripə yoluxmalar nə vaxt azalacaq? - İnfeksionist açıqladı

Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma hallarının azalması gözlənilir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum müvafiq səhiyyə qurumları tərəfindən ciddi izlənilir:

"Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir. Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur. Qripin ağırlaşmaları 5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da müşahidə edilir. Bunlara hamilələr, 65+yaşlı insanlar və müxtəlif səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil olan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələn ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların peyvənd olunması bu məqsədi daşıyır".

Təyyar Eyvazov qeyd edib ki, ümumi gigiyena tədbirlərinə əməl olunması tövsiyə olunur:

"Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir). Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi vacibdir. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmalı, xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.

Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi vacibdir, çünki ana südü qoruyucu faktorları ehtiva edir.

Избранный
2
4
aznews.az

5Источники