RU

İran Prezidenti ABŞ ilə danışıqların aparılması üçün göstəriş verdi

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampınmüzakirə ilə əlaqədar təklifini nəzərə alaraq İran Xarici İşlərNazirliyinə danışıqlara şəraitin yaradılması və uyğun şəraitdəmüzakirələrin aparılmasına göstəriş verib.

Trend bu barədəİran Prezidentinin informasiya portalına istinadən məlumatverib.

Məlumata görə, İran Prezidenti bildirib ki, Donald Trampınmüzakirə ilə əlaqədar təklifinə cavabın verilməsi üçün regiondadost ölkələrin müraciətini nəzərə alaraq xarici işlər naziri SeyidAbbas Əraqçiyə göstəriş verilib ki, şəraitdə və məntiqsizgözləntilər və təhdiddən uzaq şəraitdə milli mənafe çərçivəsindəədalətli müzakirəyə şərait yaratsın.

Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 maytarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədardolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Məqalədə:
Избранный
3
2
az.trend.az

3Источники