RU

İran ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edib

İran “təhdidlər və əsassız gözləntilər” olmadığı təqdirdə ABŞ ilə danışıqlara hazırdır. Missiya.Az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial media platformasındakı paylaşımında qeyd edib.O vurğulayıb ki, dialoq yalnız İranın milli maraqlarına hörmət edildiyi halda mümkün ola bilər.

"Bu çərçivədə xarici işlər nazirinə bərabər və ədalətli danışıqların aparılması üçün hazırlıqlara başlanılması tapşırılıb",- deyə Prezident əlavə edib.

Qeyd edək ki, fevralın 2-də Axios nəşri ABŞ administrasiyasının potensial nüvə sazişinin müzakirəsi ilə bağlı Tehrana bir neçə kanal vasitəsilə mesaj göndərdiyini yazıb. Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da İstanbulda görüşə bilərlər.

Seyranə QuliyevaMissiya.Az

Избранный
3
missiya.az

1Источники