RU

Qətlə yetirilən Röyal Vətən müharibəsi iştirakçısı imiş

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə 25 yaşlı Röyal Məmmədov aldığı bıçaq xəsarətindən xəstəxanada ölüb.

KONKRET.az bildirir ki, “unikal”ın məlumatına görə, qətlə yetirilən R.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.

***09:56

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

KONKRET.az bildirir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Избранный
11
3
konkret.az

10Источники