RU

Bakıda metro stansiyasının qarşısında QAN TÖKÜLDÜ

Ajans.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun "Xətai" stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Oxu.Az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır. Faktla bağlı hələlik saxlanılan yoxdur.

Избранный
5
4
Ajans.az

8Источники