RU

“Qlobal Koreya Təqaüd Proqramı” çərçivəsində müraciətlər qəbul olunur

Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi bildirir ki, “Qlobal Koreya Təqaüd Proqramı” çərçivəsində magistratura və doktorantura pillələri üzrə müraciətlərin qəbuluna başlanılır.

Hafta.az yazır ki, “Qlobal Koreya Təqaüd Proqramı” beynəlxalq tələbələrə Koreyanın ali təhsil müəssisələrində akademik dərəcə üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddəti magistratura proqramları üzrə ümumilikdə 3 il (1 il koreya dili hazırlığı və 2 il ixtisas üzrə təhsil), doktorantura proqramları üzrə isə 4 il (1 il koreya dili hazırlığı və 3 il ixtisas üzrə təhsil) təşkil edir.

Təqaüd paketi aviabilet, təhsil haqqının tam ödənilməsi, koreya dili proqramı üzrə xərclər və aylıq yaşayış müavinəti daxil olmaqla bir sıra maliyyə dəstəyi tədbirlərini əhatə edir.

Proqramın qaydalarına əsasən, Səfirlik xətti üzrə müraciətlər “Study in Korea” sistemi vasitəsilə 12 fevral 2026-cı il saat 11:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək (Koreya vaxtı) onlayn qəbul ediləcək.

Müraciətlər www.studyinkorea.go.kr internet saytı üzərindən həyata keçirilir. Onlayn müraciəti tamamlayan namizədlər tələb olunan sənədlərin 1 nüsxəsini əlavə olaraq kağız formatda Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.

Tələb olunan sənədlər, iştirak şərtləri, eləcə də proqramda iştirak edən universitet və ixtisasların siyahısı ilə bağlı ətraflı məlumat www.studyinkorea.go.kr saytında Scholarships → GKS Notice bölməsində yerləşdirilib.

Əlavə suallar yarandığı halda namizədlər ümumi məsələlər üzrə Koreyanın Azərbaycandakı Səfirliyi ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər. Onlayn müraciət sistemi ilə bağlı suallar isə [email protected] ünvanına yönləndirilməlidir.

Избранный
5
hafta.az

1Источники