RU

Ukrayna SEPAH -ı terror təşkilatı kimi tanıyıb

Ukrayna İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb. Oxuməni.az xəbər verir ki, bu barədə Vladimir Zelenski öz Telegram kanalında bildirib.

"Faktiki olaraq, Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq qərarı qəbul edib. Hazırda Avropa prosedurları davam edir. Biz Ukraynada artıq belə bir qərar qəbul etmişik və bu təşkilatı terrorçu kimi tanımışıq, bizim üçün bu məsələ bağlanıb", - o deyib.

Yanvarın 29-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas X-də bildirib ki, Aİ ölkələrinin XİN rəhbərləri "SEPAH-ı terror təşkilatı kimi tanımaqla həlledici addım atıblar". Bu addım avtomatik olaraq İranın "Cavab tədbirləri haqqında" qanununun 7-ci bəndinin fəaliyyətini aktivləşdirib, buna əsasən, respublika hakimiyyəti də Aİ dövlətlərinin silahlı qüvvələrini terror strukturları kimi tanıyır. İran XİN İslam Respublikasında akkreditə olunmuş bütün icma ölkələrinin səfirlərini etiraz bildirmək üçün çağırıb.

Almaz Həsənli

Избранный
11
oxumeni.az

1Источники