RU

Bu ölkənin pulu qlobal valyuta olacaq

Qalmaqallı maliyyəçi Ceffri Epşteynə aid açıqlanan sənədlərdə Rusiya rublu ilə bağlı maraqlı proqnoz yer alıb.

Publika.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərdə Epşteynin rublun gələcək qlobal valyuta olacağına inandığı qeyd olunur.

O, Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlanda göndərdiyi elektron məktubda yazıb: “Növbəti həqiqətən qlobal valyuta Çin yuanı deyil, Rusiya rublu olmalıdır”.

Xatırladaq ki, Epşteynə aid minlərlə sənəd, məktub və yazışma ictimaiyyətə açıqlanıb. Həmin materiallarda Donald Trampdan tutmuş Bill Qeytsə qədər bir çox nüfuzlu qlobal fiqurlarla bağlı ittihamedici məqamlar yer alır.

Избранный
6
publika.az

1Источники