RU

Amerikalı general Avropaya sərt şəkildə müraciət edib: Ağlamağı dayandırın

Rusiya Avropa ilə müharibə vəziyyətindədir...

Poliqon xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, təqaüdçü general Ben Hoces verib.

The Guardian qəzetinin məlumatına görə, o, Norveçin Oslo şəhərində keçirilən konfransda deyib: "Rusiya Avropa ilə tamamilə müharibə vəziyyətindədir, hətta biz bunu etiraf etməsək də və ya inanmaq istəməsək də".

Hocesə görə, Rusiyanın hərəkətlərini "hibrid müharibə" kimi təsvir etmək yanlışdır. Belə bir təsvir Moskvanın düşmənçilik hərəkətlərinin miqyasını əks etdirmir. Təqaüdçü generala görə, Rusiya Avropanın Ukraynaya dəstəyini dayandırmasını istəyir:

"Rusları etdiklərinə görə cəzalandıra bilənə qədər bu, hər gün davam edəcək".

O, qeyd edib ki, Avropa Ukraynanı dəstəkləməyə və onun müdafiə qabiliyyətini gücləndirməyə diqqət yetirməlidir. Hoces əmindir ki, Avropa özünü müdafiə etməyə kifayət qədər qadirdir:

"Xahiş edirəm şikayət etməyi dayandırın. ABŞ-ın getməsi halında nə edəcəyimizlə bağlı niyə bu qədər şikayət var? Xahiş edirəm prezidentimə (Donald Trampa-red.) qarşı çıxın. Bizi məsuliyyətə cəlb edin. Vədlərimizi yerinə yetirməyimizi təmin edin".

Poliqon.info

 

Избранный
15
poliqon.info

1Источники