Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Dərmanların əlavə təsirlər haqqında məlumatları onlayn əldə etmək üçün vətəndaşlarımız iki üsuldan istifadə edə bilərlər. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsindən (www.pharma.az) daxil olaraq açılan səhifənin sağ aşağı hissəsində axtarış verərək məlumat ala bilərlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov deyib.
Onun sözlərinə görə, bunun üçün həmin axtarış yerindən istənilən dərman vasitəsinin ticarət adı qeyd olunur və axtarışa verilir:
“Açılan yeni səhifədə dərman vasitəsi barədə qısa məlumat görmək mümkündür. Həmin səhifənin sonunda “İçlik vərəqi” qarşısında qırmızı ilə “Yüklə” yazılan yerdən dərman vasitəsinin istifadə təlimatını (içlik vərəqəni) yükləyib həmin içlik vərəqədə “əlavə təsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.
F.Həsənov bildirib ki, eyni zamanda bu məlumatları “Elektron Resept” tətbiqindən də daxil olaraq baxmaq olar:
“Bunun üçün tətbiqi yükləmək lazımdır. Tətbiqi yükləmək üçün Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” sistemi üçün xüsusi keçidlər vasitəsi ilə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin www.pharma.az səhifəsindən, istər aptek şəbəkələrində yapışdırılmış stikerlərdən QR kodu telefon vasitəsi ilə oxudaraq yükləmək və ya “App Store və Google Play”dən “Reseptim” sözünü axtarışa verərək mobil tətbiqinə mobil cihazlardan rahatlıqla daxil olmaq mümkündür. Bu tətbiqdə vətəndaşlarımız “Dərmanlar” bölməsindən istənilən dərman vasitəsinin axtarışa verməklə sağ kənarda yerləşən “İ” işarəsinə klik edərək içlik vərəqədə “əlavə təsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.
Şöbə müdiri qeyd edib ki, dərman vasitələrinin istifadəsi zamanı daha çox müşahidə olunan əlavə təsirlərinə: baş ağrısı, ürəkbulanma, allergik reaksiyaları (dəridə qaşınma, səpgi, qızartı və s.) misal çəkmək olar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.