RU

Dünyaya örnək olan gənclik FOTOLAR

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Astara Pedaqoji Kollecində“2 Fevral—Gənclər Günü” münasibətilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermişşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin açılış nitqində kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov bayram münasibətilə gəncləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Natiq bildirib ki, “ 2 Fevral- Gənclər Günü” Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1996-ci ildə Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi ilə bağlıdır və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur. Ulu Öndər tərəfindən bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. Qəbul edilmiş qanunlar, dövlət proqramları gənc nəslin hərtərəfli inkişafına, eləcə mənəvi, ideoloji cəhətdən mütəşəkkil formada yetişməsinə böyük təsir göstərdi.

Natiq onu da vurğulayıb ki, daha sonra dövlət başçısı İlham Əliyev gənclər siyasətini ən yüksək səviyyədə davam etdirilməklə dünyaya örnək ola biləcək bir gənclik təqdim etdi. Həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin cəmiyyətdə daha fəal iştirakının təmin olunmasındamühum rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük haqq savaşımızda qəhrəmanlıq salnaməsi yazmış Azərbaycan gəncləri qüdrətini təkcə işğalçılara deyil, dünyaya göstərməklə qalib gənclik statusu qazanıb. Əminik ki, dünyaya örnək olan gənclərimiz Prezident İlham Əliyevin liderliyi altında daha böyük uğurlar qazanacaq və dövlətimizin qüdrəti ilə hər birimizi sevindirməyə davam edəcəklər.

Kollecin İngilis dili müəllimi Nəzrin Ağamalızadə, Qida mühəndisliyi ixtisası üzrə fənn müəllimi CavidMəmmədli , Tələbə Gənclər təşkilatının sədri Umud Həsənov çıxışlarında qeyd ediblər ki, müasir gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, dünyaya açıq düşüncə tərzi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti onların potensialının üzəçıxarılmasına, sağlam, fəal vətəndaş kimi formalaşmasına xidmət edir.

Həmçinin tələbə-gənclərə göstərdiyi diqqət və qayğıya, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaratdığı əlverişli şəraitə görə kollec rəhbərliyinəsəmimi təşəkkür olunub.

Sonra kollecin ictimai həyatında fəal iştirak edən gənclərə direktor tərəfindən təşəkkürnamələr verilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
sesqazeti.az

1Источники