Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu fikirlər 2 fevral Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik Rayon təşkilatının, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı sayəsində“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilən "Gəncliyim - işıqlı sabahım" adlı mədəni-kütləvi tədbirdə səslənib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin müavini Arzu Vəliməmmədova, YAP Lerik Rayon
təşkilatının sədr müavini Elnur Məmmədov, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə sektor müdiri Natiq İsaqov, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, ictimaiyyət nümayəndələri, gənclər təşkilatlarının üzvləri və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Lerik Rayon İcra Hakimiyyətinin müavini Arzu Vəliməmmədova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan ilk mərkəzi icra hakimiyyəti orqanlarından biri məhz Gənclər və İdman Nazirliyi olmuşdur. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi dövründə ölkədə gənclər siyasəti yeni və keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymuşdur. Bir qayda olaraq gənclər üçün həyata keçirilən çoxsaylı layihələrin əsasındaazərbaycançılıq məfkurəsi durur.
Daha sonra söz alan YAP Lerik Rayon təşkilatının sədr müavini Elnur Məmmədov deyib:- Partiya həyatında fəal iştirak edən sağla əqidəli, vətənpərvər, xalqına bağlı gənclərimiz çoxdur. Həmçinin Yeni Azərbaycan Partiyası gənclərin potensialının üzə çıxarılması, onların ictimai-siyasi biliklərinin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirdir. Bu istiqamətdə görülən işlər gələcəkdə də davam etdiriləcək.
Tədbirdə çıxış edən Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə sektor müdiri Natiq İsaqov, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev və şəhid atası Mükafat Yaqubov Azərbaycan gəncliyinin ölkənin inkişafındakı rolundan, dövlət gənclər siyasətindən və gənclərə yaradılan geniş imkanlardan söhbət açmış, gəncləri daha da fəal, təşəbbüskar olmağa çağırıblar.
Sonda bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.