Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xarici işlər nazirinə təhdidlərdən və əsassız gözləntilərdən azad, uyğun bir mühitin mövcud olması şərti ilə, ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslanaraq ədalətli və bərabər danışıqlar aparmağı tapşırdım.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian özünün X səhifəsində yazıb.
Qeyd edək ki, dünən İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlara başlamaq əmrini vermişdi.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı da fevralın 6-da İstanbulda görüşəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.