RU

Dünyada tanınan ilk Azərbaycanlı

İlk azərbaycanlı "Azərbaycanlı Bəhmənyar"dır, azərbaycanlı kimi tanınıb.
"Bəhmənyar Azərbaycani" kimi tanıtma bizə aid deyil, yanlışdır, bizə adı və kimliyi təqdim edə bilmir.
Tarixdəki coğrafiyası ilə adını birləşdirən də Odur.
"Azərbaycanlı Bəhmənyar"ın dərdi var, İbn Sinanın tələbəsi olaraq Rəisinin danışmadığlarını "Ət Təhsil" edir. Rəisi, İbn Sinanın ən yaxın şagirdi olaraq fəlsəfəsinin qurucuları Aristotellə Platonun sistemini aşır və dünya təsəvvür mərkəzinə tam fərqli bir yanaşma gətirir,
Kantın, Hegelin sonradan etdiklərinin əsasını qoyur.
İndi yeni dünya düzənində Süni intellektin üzə çıxdığı "məntiq, riyaziyyat, fizika və metafizika" məsələsinin açarlarını Təhsilin içində həll edə bilir.
Forfiliyosla Platinosun çata bilmədiyi bütövlüyü İbn Sina Bəhmənyar bütövlüyü ilə tamamlamağa çalışır.
Bu "yazıq" "Azərbaycanlı"nı zərdüşdi, məcusi kimi bir küncə atıb görməməyə çalışsalarda,
"Təhsil"dəki görüşləri ilə hələ də yaşayır, sadəcə oxuyanı yoxdur.
"Təhsil" nədir, nə üçündür, nə iş görər suallarını biliyin beyindəki seçimi ilə bağlamağı bacaran "azərbaycanlı Bəhmənyar"ı oxumağa kimsənin həvəsi və təcrübəsi olmasa da, o hələ də "Oxu və yazı" üçün öz zamanını gözləyir.
İlk azərbaycanlı "Azərbaycanlı Bəhmənyar"la ilk gəncəli "Gəncəli Nizami" biri Ağlın, digəri Sözün aid olduğu xəritəni elə bir dəqiqliklə çəkiblər ki, bu sərhədləri aşa biləcək nə söz, nə də ağıl hələ də oranı işarə edib, Azərbaycanı göstərir.
Oxuma ilə yazmanın dərdini çəkənlər oxuması və yazması ilə xatırlanan və unudulmayanlardır.
İdris Heydərli, filosof
Избранный
14
news365.az

1Источники