“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.
O, Gəncədə hücuma məruz qalıb.
Klubdan Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Rzayevin durumu ağırdır. Lakin onun ölüm təhlükəsi yoxdur.
Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.