RU

Tom Kruz lüks mənzilini bu səbəbdən tərk etdi

Yazını böyüt
Yazını kiçilt

Hollivud aktyoru Tom Kruz Londonun dəbdəbəli Naytsbric rayonundakı lüks penthausundan təcili köçüb. Buna səbəb gündüz vaxtı həmin binada yerləşən "Rolex" butikinə edilən basqın və oğurluq olub, bu da aktyoru mühafizənin etibarlılığına şübhə ilə yanaşmağa vadar edib.

Hafta.az xəbər verir ki, silahlı basqınçılarla bağlı insident yanvarın 20-də baş verib. Hadisədən sonra piyada gəzməyi sevən Kruz köçməyi tez bir zamanda təşkil edib və hətta bina əməkdaşlarını da təəccübləndirib.

Ekspertlərin fikrincə, bu cür cinayətlər nüfuzlu rayonların imicinə ciddi ziyan vurur. Londonun mərkəzindəki elit butiklərdə baş verən səs-küylü soyğunlar seriyası məşhurlar və varlı insanlar üçün təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməyə səbəb olur. /"The Telegraph"/

Избранный
3
hafta.az

1Источники