RU

“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi

Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını azaldıb.

Məlumata görə, şirkət nizamnamə kapitalını 20 min manat (1,6%) azaldaraq 1 milyon 287 min manata salıb.

Xatırladaq ki, şirkət nizamnamə kapitalını yanvarın sonlarında 20 min manat artıraraq 1 milyon 307 min manata qaldırmışdı.

Qeyd edək ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir. Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.

İş elanları AzVak.az-da

© Yurd.Media

azərbaycancibpayödəniştəşkilatılisenziyanizamnaməkapitalıazalmammcfintexfindynamixmərkəzibankılisenziyaödənişəməliyyatlarıkreditköçürməsidebitləşməödənişkartiekvayrinqşirkətxəbəriqtisadiyyatbiznesbanksektoru
Избранный
13
1
marja.az

2Источники