RU

Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlardaiştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar

Bakı. Trend:

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdətutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarındankənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikasıvətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmalarıistiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindənəməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya vəUkrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli saydaAzərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkindüşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqlarıtəsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları- 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü iltəvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlüMəmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya vəUkrayna silahlı birləşmələrinin nəzarəti altında döyüşəməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həminşəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayətməsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlımünaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayətməsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərinərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərinməsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.

Избранный
17
49
az.trend.az

10Источники