RU

SpaceX süni intellekt şirkəti xAI ı satın aldı

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ milyarderi İlon Maska məxsus aerokosmik şirkət olan SpaceX-in süni intellekt startapı xAI-ı satın aldığı bildirilib.

Banco.az xəbər verir ki, Mask tərəfindən imzalanan və SpaceX-in veb saytında dərc edilən açıqlamada xAI-nin SpaceX-ə "bəşəriyyətin gələcəyini sürətləndirmək" məqsədi ilə qoşulduğu bildirilir.

Bəyanatda izah edilir ki, birləşmə süni intellekt, raketlər, kosmik internet, mobil cihazlarla birbaşa rabitə və dünyanın aparıcı real vaxt məlumat və ifadə azadlığı platformasını əhatə edən şaquli inteqrasiya olunmuş innovasiya mühərriki yaratmağı hədəfləyir.

Bəyanatda süni intellekt sahəsindəki hazırkı inkişafların çox yüksək enerji və soyutma tələb edən böyük yerüstü məlumat mərkəzlərindən asılı olduğu qeyd edilib və uzunmüddətli perspektivdə kosmik süni intellektdən istifadənin əhəmiyyəti vurğulanıb.

ABŞ mediasının ötən həftə verdiyi xəbərlərdə SpaceX və xAI-nin bu ilin sonlarında keçirilməsi planlaşdırılan böyük bir IPO-dan əvvəl  danışıqlar apardığı bildirilirilib.

Birləşmiş şirkətin ümumi dəyərinin təxminən 1,25 trilyon dollar olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
banco.az

2Источники