RU

"Buna cavab verməyim axmaqlıq olar" - Tramp

Oval Ofisdə keçirilən imza mərasimində ABŞ Prezidenti Donald Tramp İran məsələsinə və Rusiya-Ukrayna danışıqlarındakı son inkişaflara toxunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İrana doğru gedən "çox böyük" gəmilərinin olduğunu bildirib və eyni zamanda İran rəsmiləri ilə danışıqların davam etdiyini açıqlayıb. 

"İranla razılığa gəlmək istərdim. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək, bu, çox yaxşı olardı; əgər bu olmasa, çox güman ki, pis şeylər baş verəcək", - deyə Tramp diplomatik prosesə açıq olduğu mesajını göndərib.

İranla proses mənfi istiqamətdə gedərsə nə baş verə biləcəyi soruşulduqda, Tramp "Bunu sizə deməyim axmaqlıq olardı" cavabını verib. 

Tramp həmçinin Rusiya-Ukrayna sülh danışıqlarına ümidli olduqlarını və danışıqların yaxşı getdiyini vurğulayıb.

"Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı iş görürük. Bunu ilk dəfə deyirəm, düşünürəm ki, hazırda yaxşı iş görürük, bəlkə də tezliklə yaxşı xəbərlər alacağıq".

Amerika lideri, həmçinin Rusiya prezidenti Vladimir Putindən hər iki ölkədəki həddindən artıq soyuq hava şəraitini əsas gətirərək Ukraynanı bir həftə bombalamamasını xahiş etdiyini və Putinin də razılaşdığını təkrarlayıb.

Gülayə Mecid 

Избранный
9
unikal.az

1Источники