ABŞ Prezidenti Donald Tramp bildirib ki Amerika hökumətinin qismən dayandırılmış maliyyələşdirməni bərpa edəcək qanun layihəsinin Nümayəndələr Palatası tərəfindən qəbul olunmasını istəyir.
Banker.az xəbər verir ki, Amerika lideri bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Senatın ötən həftə təsdiqlədiyi, Nümayəndələr Palatasından keçən hazırkı maliyyələşdirmə müqaviləsinin dərhal imzalaya bilməyim üçün mənim masama çatmasını təmin etmək üçün spiker (Konqresin aşağı palatasının spikeri Mayk) Consonla səylə çalışıram”, – Tramp yazıb.
“Hökuməti işini davam etdirməsini təmin etməliyik. Ümid edirəm ki, bütün respublikaçılar və demokratlar bu qanun layihəsini dəstəkləməkdə mənə qoşulacaqlar ki, gecikmədən mənim masamda (imzalamaq üçün -red) olsun”, – Tramp vurğulayıb.
O, mövcud qanun layihəsindəki hər hansı dəyişikliyə qarşı çıxıb. “Qaldırılan məsələləri həll etmək üçün vicdanla çalışacağıq, lakin ölkəmizə nə respublikaçıların, nə də demokratların faydalana biləcəyi qədər çox ziyan vuran daha bir uzun, mənasız və dağıdıcı şatdauna yol verə bilmərik”, – o əlavə edib.