RU

Göyçayda yaşayış binasında yanğın olub - VİDEO

Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Qeyd olunub ki, yanğın nəticəsində binanın zirzəmi hissəsində 5 kvadratmetr sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub.
Избранный
11
18
moderator.az

10Источники