RU

Naxçıvanda bank xidmətləri üzrə tender ləğv olundu – SƏBƏB

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədi ilə göstəriləcək bank xidmətlərinin satın alınması üzrə elan edilmiş tender ləğv olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.

Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.

Избранный
15
fed.az

1Источники