RU

“Meymun çiçəyi” aşkarlandı: ikinci yoluxma faktı qeydə alındı

Rusiyada insanlara yoluxa bilən və əsasən gəmiricilər və primatlar vasitəsilə yayılan “meymun çiçəyi” (mpox) xəstəliyinin daha bir halı qeydə alınıb.

Ekologiya.az xəbər verir ki, Domodedovo şəhər xəstəxanasına artıq ikinci xəstə yerləşdirilib. Mütəxəssislər hazırda yoluxmanın mənbəyini araşdırırlar. Bu barədə Rusiya televiziya kanallarında məlumat verilib.

Məlumata görə, virusun əsas daşıyıcıları meymunlar və müxtəlif gəmiricilərdir. Eyni zamanda virus artıq insandan-insana keçmə qabiliyyəti də qazanıb. Yoluxma yaxın fiziki təmas zamanı, selikli qişalarla qarşılıqlı əlaqə nəticəsində, eləcə də bəzi hallarda hava-damcı yolu ilə baş verə bilər.

Xəstəlik adətən qızdırma, baş ağrısı, ümumi zəiflik və limfa düyünlərinin böyüməsi ilə başlayır. Bir müddət sonra isə bədənin müxtəlif nahiyələrində dəri səpgiləri yaranır.

Qeyd olunur ki, “meymun çiçəyi” xəstəliyi ən çox Mərkəzi və Qərbi Afrikanın ucqar bölgələrində yayılıb. Son illər isə müxtəlif ölkələrdə ayrı-ayrı yoluxma halları qeydə alınır.

 

Избранный
52
ekologiya.az

1Источники