RU

“Kreditlər aşağı faizlə, ilkin ödənişsiz olmaqla kənd sakinlərinə təqdim edilməlidir”

“Kreditlər aşağı faizlə, uzunmüddətli və ilk illər ödənişsiz olmaqla, kənd sakinlərinə təqdim edilməli, əsasən kənd təsərrüfatı, kiçik istehsal, emal və xidmət sahələrinə yönəldilməlidir. Bu kreditlər yalnız pul şəklində deyil, texnika, avadanlıq və ya xammal formasında da verilə bilər ki, vəsait təyinatı üzrə istifadə olunsun. Sistemin işlək olması üçün kredit alan şəxslərə biznes planın hazırlanması, maliyyə savadlılığı və məhsulun satışına çıxışla bağlı dəstək göstərilməlidir.

 

Bunu Pravda.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Azərbaycan

A.Nəsirli qeyd edib ki, kəndlərdə kooperativlərin yaradılması təşviq olunmalıdır: “Bir neçə ailənin və ya fermerin birləşərək kredit götürməsi həm riskləri azaldar, həm də istehsalın həcmini və səmərəliliyini artırar. Bu yanaşma yeni iş yerlərinin yaranmasına, yerli bazarın canlanmasına və kənddən şəhərə köçün azalmasına səbəb olar. Gəncə, Sumqayıt, Mingəçevir və xüsusilə sərhəd rayonlarında güzəştli mənzillərin tikilməsi isə regional balansın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə dövlət torpaq və infrastrukturu təmin etməli, özəl sektor isə tikinti prosesinə cəlb olunmalıdır. Mənzillər gənc ailələr, müəllimlər, həkimlər, dövlət qulluqçuları və sərhəd bölgələrində yaşayan və işləyən vətəndaşlar üçün aşağı ilkin ödəniş və uzunmüddətli, aşağı faizli şərtlərlə təqdim edilə bilər. Belə bir yanaşma regionlarda həm yaşayış şəraitini yaxşılaşdırar, həm də insanları həmin ərazilərdə qalmağa və işləməyə həvəsləndirər. Nəticədə bölgələrdə sosial-iqtisadi inkişaf sürətlənər, məşğulluq artar və dövlətin uzunmüddətli inkişaf hədəflərinə xidmət edən dayanıqlı sistem formalaşar”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Fevral 2026, 08:32   
Избранный
24
pravda.az

1Источники